Şriftin ölçüsü :

Saytın rəngi :

Balakənli könüllü çağırışçılar böyük ruh yüksəkliyi ilə cəbhə bölgəsinə yollanıblar

02 oktyabr 2020 | 16:00

Torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi uğrunda başlanan döyüşlərdə iştirak etmək üçün könüllü olaraq müraciət etmiş balakənli gənclər böyük coşqu ilə cəbhə bölgəsinə yola salınıblar.
   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon bölməsinin qarşısına toplaşan valideynlər, rayon ictimaiyyətinin nümayəndələri işğal altındakı ərazilərimizi düşməndən azad etmək üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan, əsgərlərimizin rəşadətindən qürur duyduqlarını bildiriblər.
   Övladını cəbhəyə yola salan valideynlər könüllü olaraq cəbhəyə yollanan oğullarımıza doğma Qarabağımızı erməni qaniçənlərindən azad etməyi, şəhidlərimizin qisasını almağı və  sağ-salamat evə dönmələrini arzulayıblar.
   Könüllü çağırışçılar Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməyin hər kəsin müqəddəs borcu olduğunu bildirərək üçrəngli bayrağımızın tezliklə Xankəndində, Şuşada, Qarabağın digər ərazilərində dalğalanacağı günlərin yaxın olduğuna əminlikərini ifadə ediblər.
   Sonra balakənli könüllülər alqış sədaları altında cəbhə bölgəsinə yola salınıblar.                                                           

Keçidlər