Şriftin ölçüsü :

Saytın rəngi :

Fransa soyqırımı törətmiş bir ölkədir

03 oktyabr 2020 | 16:00

Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil. Tarixə qısa nəzər salaraq vurğulamaq yerinə düşür ki, 1830-cu ildə Əlcəzairi işğal edən Fransa 1962-ci ildə Əlcəzair müstəqillik qazanana qədər oranı  fransızlaşdırmaq üçün bir asimilyasiya prosesi gerçəkləşdirmişdi. 19-cu əsrin sonlarında 1  milyona yaxın fransız Əlcəzairə yerləşdirildi. Bu ölkəyə köçürülən  fransızlar əhəmiyyətli imkanlarla təmin edildi. 31 oktyabrda 1954-cü ildə Əlcəzairdə Fransaya qarşı böyük bir qiyam başladıldı. Ancaq bu qiyama Fransa geniş diametrli həbslər və əsgəri bir hərəkat ilə cavab verdi. 500 min nəfərlik fransız hərbi hissəsi Əlcəzairə yeridildi. Fransa ələ keçərdiyi müqavimətçilərə qarşı böyük bir işgəncə tətbiq etdi.
   Minlərlə adam mühakimə edilmədən edam olundu. Fransızlar bölgədə qala bilmək üçün hər cür işgəncədən istifadə edirdilər. 1954-cü ildən 1962-ci ilə qədərki müstəqillik mübarizəsində 1 milyon əlcəzairli həyatını itirdi.
   Afrikanın ortasında  yerləşən Ruandada da müxtəlif qəbilələr hakimiyyət uğrunda mübarizə aparırdı. Fransa Hutu hökumətinə əsgəri dəstək verməyə başladı. Bu dəstəklə birlikdə qətliama uğrayan Tutsilərin və qarşı tərəfdən Hutulardan ölənlərin sayə ümumilikdə 800 minə qədər yüksəldi.
   Liviyada xaos və terror hadisələrinin ilk səbəbkarı da məhz Fransa oldu. Bütün bunlara  isə  Fransa  susqunluq nümayiş etdirir.
  Vəziyyətin ən acınacaqlı tərəfi isə Fransa kimi bir ölkənin prezidentinin hansısa fakta söykənməyən feyk xəbərləri öz çıxışında arqument göstərmədən söyləməsidir.  Hər bir ölkənin prezidenti yalnız fakta əsaslanan çıxış etməlidir. Makron isə sadəcə söz naminə Suriyadakı silahlıların döyüşlərdə iştirak etmək üçün Qarabağa getdikləri barədə məlumatlara sahib olduğunu açıqladı.
   Makronun davranışı və açıqlamaları göstərir ki, o, Avropanın ən nüfuzlu dövlərlərindən birinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik deyil. Bu cür feyk materialın Fransa kimi ölkənin başçısının dilindən səslənməsi, ilk növbədə, Fransa xalqı üçün başucalığı gətirmir.

Keçidlər