Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib

14 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib. Cənab Prezident müsahibəsində bildirib ki, atəşkəslə bağlı əldə olunmuş razılaşma real həyatda baş vermədi. Ermənistan hökuməti beynəlxalq məsuliyyətsizliyi davam etdirərək  Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir və bütün dünya bunu təkrar görür.
   Ölkə başçısı müvəqqəti xarakter daşıyan humanitar atəşkəsin sülh sazişi olmadığını, bunun sadəcə humanitar məqsədli atəşkəs olduğunu diqqətə çatdırdı.
   Əminliklə deyə bilərik ki atəşkəslə bağlı Moskva şəhərində baş vermiş son danışıqlar Azərbaycanın xeyrinə oldu. Danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir. Bütün bunların nəticəsi olaraq Ermənistan silahlı qüvvələri  Azərbaycan torpaqlarından çıxmalıdır.
   Moskva danışıqlarının nəticəsi həmdə Azərbaycanın növbəti uğuru kimi qəbul oluna bilər. Danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi Yerevan öz məqsədinə nail ola bilmədi.
   Müsahibəsində qardaş Türkiyənin rolunun əvəzolunmaz olduğunu qeyd edən ölkə rəhbəri bildirdi ki: “Münaqişənin siyasi yol ilə həll olunmasında Türkiyə fəal rol oynamalıdır.” Həqiqətən də bugün Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkənin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir. Odur ki, Türkiyə problemin həllində iştirak etməsi vacibdir.
   Artıq status-kvonun dəyişilməsi də bir faktdır. Status-kvonun dəyişilməsi Azərbaycanın münaqişədə əldə etdiyi növbəti uğurdur və Status-kvonun dəyişdirilməsi münaqişədə yeni reallıq yaradır. Ermənistan silahlı qüvvələrin öz mövqelərindən geri çəkilməsi rəsmi Yerevanın geri çəkilməsi deməkdir.
   Bugün Azərbaycan ordusunun doğma torpaqlarımızı azadetmə missiyasını davam etdirdiyini bildirən Ali Baş Komandan Azərbaycan xalqının öz haqq müharibəsini apardığını, işğal altındakı torpaqların azad olunmasında israrlı olduğunu və bu missiyadan Azərbaycan xalqını heç kəsin döndərə bilməyəcəyini qeyd etdi.
   Cəbhədə Azərbaycan ordusunun strateji yüksəklikləri əldə etməsi Azərbaycana taktik üstünkülər verir. Bütün əsas strateji əhəmiyyət kəsb edən yüksəkliklərin əldə olunması Azərbaycan xalqını böyük qələbəyə daha da yaxınlaşdırır.
   Cənab Prezident həmçinin Azərbaycan xalqının Dağlıq Qarabağa sülh həyatını qaytaracağını, işğaldan azad olunacaq bütün torpaqlarda həyatın bərpa ediləcəyini və lazımi infrastrukturun yaradılacağını diqqətə çatdırdı.
   Erməni faşistlərinin əməllərini bütün dünyanın bilməli olduğunu qeyd edən ölkə başçısı bildirdi ki: “Hətta Moskva danışıqlarından sonra davam edən təxribatlar Erməni xislətini dünyaya göstərir. Sülh şəhərlərini hədəf almaları onların faşist sifətlərini aşkar edir.”
   Müsahibəsində cənab Prezident qətiyyətlə vurğuladı ki, tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Azərbaycan xalqı mütləq olaraq Qarabağa uşaqların xoşbəxt və sevincli gülüş səsini qaytaracaqdır.
   Bu da həqiqətdir ki Azərbaycan bugün həmdə erməni diasporuna qarşı mübarizə aparır. Ölkəmizin uzun İllərdir ki, xaricdəki erməni diasporunun yaydığı qara propoqanda ilə üzləşdiyini bildirən cənab Prezident vurğuladı ki, onların  məqsədi Azərbaycanı ləkələmək və erməni işğalına bəraət qazandırmaqdır. Dünyanın ayrı-ayrı KİVlərinə təsir edən erməni diaspor təşkilatları sentyabrdakı erməni təxribatları başlayan andan Azərbaycana qarşı iş aparırlar. Prezident İlham Əliyev həmçinin Azərbaycandakı real vəziyyətlə bağlı həqiqətləri dünya ictimaiyyətinə dəqiq çatdırdığına görə Türkiyə mətbuatına minnətdarlıq bildirmişdir.
   Azərbaycan müharibəni hər zaman son seçim olaraq görüb. Buna görə də  atəşkəsə razılıq verdi. Atəşkəs əldə olunduqduqdan sonra Azərbaycan tərəfi sözünə sadiq qalaraq atəşi dayandırdı və diplomatik danışıqlarla barışıq əldə olunması üzrə fəaliyyətə başladı. Lakin, görünən budur ki cəbhə xəttində Azərbaycan tərəfinin əks-hücumu qarşı tərəfə dərs olmamışdır və mənfur düşmən yenidən çirkin əməllərindən əl çəkməyərək mülki əhaliyə hücum etmişdir. Gecə saatlarında Gəncə şəhəri “Toçka-U” raketi ilə atəşə tutulmuşdur. Ermənistan dövləti faşist dövlətidir, terror dövlətidir deyən ölkə rəhbəri bildirdi ki Gəncədə mülki əhalinin qətl edilməsi bunu bir daha sübut edir.
   Artıq Ermənistan bütün cəbhə boyu məğlubiyyətə uğrayır. Ona görə də ermənilər öz acısını dinc əhalidən çıxarmağa çalışır. Gəncəni bombalamaq əmri şəxsən Paşinyan tərəfindən verildiyi artıq hamına məlumdur
   Müsahibəsində çətin vəziyyətdə qalan Ermənistanın xaricdən dəstək axtardığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki: “Bu ölkə öyrəşib ki, dünya erməniliyi, islamofob dairələr onun hər bir addımına bəraət qazandıracaq, Azərbaycanı təcavüzkar kimi göstərəcək. Lakin müasir internet düzü olduğu kimi təqdim etmək və yalanı təkzib etmək imkanı verir. Bundan əlavə, biz həm beynəlxalq hüquq, həm də ədalət baxımından haqq yolundayıq.”
   Bugün Dağlıq Qarabağ münaqişəsinin həlli çox bəsitdir. Erməni əsgəri işğal altındakı torpaqlardan çıxarsa bu münaqişə də bitər.
   Ölkə başçısı həmçinin illər boyu beynəlxalq aləmin bu münaqişəni fərqli tərzdə təqdim etdiyini, həqiqətləri pərdələməyə üstünlük verdiyini bildirərək, Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın və digər Türkiyə rəsmilərinin açıq şəkildə Azərbaycanı dəstəkləmələrini  Azərbaycan üçün  vacibliyini qeyd etdi.
   Azərbaycan mülki əhali ilə müharibə aparmır deyən Prezident İlham Əliyev  Gəncə bombardmanının əvəzini Azərbaycan ordusunun döyüş meydanında verəcəyini bildirdi. Qeyd etdi ki: “Biz saat 12-dən qüvvəyə minmiş atəşkəs rejiminə sadiqik, lakin görəndə ki, qarşı tərəf buna riayət etmir, biz də özümüzü müdafiə etməliyik.”

Keçidlər