Şriftin ölçüsü :

Saytın rəngi :

Balakənli gənclər “Adları dəyişməklə tarix dəyişmir” adlı aksiya keçiriblər

20 oktyabr 2020 | 16:00

Ermənistan silahlı qüvvələrinin son təxribatlarına cavab olaraq işğal altında olan torpaqlarımızın mənfur düşməndən azad edilməsi uğrunda müharibənin davam etdiyi bir vaxtda yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir.
   Gənclərin iştirakı ilə reallaşan “Adları dəyişməklə tarix dəyişmir” adlı aksiya doğma Qarabağımızı daha yaxından tanımaq və tanıtmaq məqsədi daşıyıb. Aksiya zamanı gənclər düşmən tərəfindən işğal edilmiş rayonların əsl tarixi adlarının qeyd olunduğu plakatları şəhərin müxtəlif yerlərində nümayiş etdiriblər.
   Aksiya vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.                                                                                                      

Keçidlər