Yeni dərs ilinədək beş yeni məktəb binası istifadəyə veriləcəkdir
09 avqust 2013 | 15:00
Yeni dərs ilinin başlanğıcında Balakən rayonunun Hənifə kəndində 480, Qazma kəndində 360, Qazbinə, Şambul və Qullar kəndlərinin hər birində isə 220 şagird yerlik yeni məktəb binalarının istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Dövlət vəsaiti hesabına inşa olunan bu təhsil obyektlərinin tikintisi artıq başa çatmışdır.
Artıq rayon təhsil şöbəsinin yeni inzibati binasının tikintisi də yekunlaşmışdır. İkimərtəbəli yeni binada 20-dən artıq iş otağı, habelə iclas zalı vardır. Bina müasir istilik sistemi ilə təchiz edilmiş, həyətində 2 su anbarı, transformator yarımstansiyası quraşdırılmışdır. Yeni inzibati binanın yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.