Azərbaycan tərəfində muzdluların döyüşdüyü dezinformasiyadır
Bu barədə Prezident İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsində bildirib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan tərəfində muzdluların döyüşdüyü barədə məlumatlar dezinformasiyadır. Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Sübutlar, dəlillər tələb edildi və hələ də tələb edilir. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən heç bir dəlil və ya sübut təqdim olunmayıb. Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Nizami orduda 100 min əsgər, bir neçə gün ərzində bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edilə bilər, üstəgəl müasir avadanlıq. Heç bir muzdluya əsla ehtiyac yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan dezinformasiyadır.