Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərə qayğı diqqət mərkəzindədir

16 avqust 2013 | 15:00

Yeniləşən Azərbaycanda Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf və tərəqqi prosesi onun layiqli davamçısı olan möhtərəm prezident İlham Əliyev cənablarının yürütdüyü uğurlu daxili və xarici siyasətlə davam etdirilir. Ölkə əhalisinin yaşayış səviyyəsi durmadan artır,əhalinin sosial-iqtisadi vəziyyəti günü-gündən yaxşılaşır. Respublikamızın bütün bölgələrində infrastrukturun yaxşılaşdırılması yolunda intensiv işlər aparılır. Bu inkişaf prosesi və quruculuq işləri bizim rayonumuzdan da yan keçmir. Son dövrlərdə rayonda aparılan tikinti-quruculuq işləri göz qabağındadır. Salınan parklar, yenicə istifadəyə verilmiş Gənclər evi, Olimpiya-İdman Kompleksi əhalinin, o cümlədən gənclərin asudə vaxtının səmərəli keçməsində böyük rol oynayır. Əhaliyə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı onlarda böyük ruh yüksəkliyi yaradır. Bu münasibət müasir gənclərimizin daha yaxşı təhsil almalarına, ictimai həyatda daha fəal olmalarına, ölkədə gedən inkişaf prosesində yaxından iştirak etmələrinə zəmin yaradır. Cənab prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə təhsilin səviyyəsi durmadan artır. Mən də fəal gənclərdən biri olaraq dövlətimizin və rayon rəhbərliyinin diqqət və qayğısını hər zaman öz üzərimdə hiss etmişəm. Belə ki, mən 10-cu və 11-ci siniflərdə oxuyarkən 2 dəfə Respublika fənn olimpiadasının qalibi olmuşam, orta məktəbi qızıl medalla bitirmişəm və TQDK-nın keçirdiyi ali məktəblərə qəbul imtahanında 667 bal toplayaraq prezident təqaüdünə layiq görülmüşəm.Dövlətimizin bu münasibəti məni gələcəkdə təhsilimdə və fəaliyyətimdə daha məsuliyyətli olmağa və uğurlarımın sayını artırmağa sövq edir. “2011-2015-ci illərdə Azərbaycan Gəncliyi Dövlət Proqramı”nda nəzərdə tutulmuş müddəalar bir gənc kimi məni də gələcəyə nikbin baxmağa ruhlandırır. Bu diqqət və qayğıya cavab olaraq ilk növbədə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Biz gənclərə olan ümidləri doğruldub ali təhsilimi uğurla başa vurandan sonra vətənimə və rayonuma yararlı bir mütəxəssis olmağa çalışacağam.

                                                Qalib Sarayev,
Prezident təqaüdçüsü, Qafqaz Universitetinin 
    II kurs tələbəsi

Keçidlər