Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Prezidenti cənab İlham Əliyev Balakən rayonuna səfərə gəlmişdir

18 avqust 2013 | 15:00

Prezident İlham Əliyev Balakən rayonuna səfərə gəlmişdir.
Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, parkda geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır. Ümumi sahəsi 22 hektar olan bu park  indi Balakən sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından biridir.

Keçidlər