Şriftin ölçüsü :

Saytın rəngi :

Balakənli gənclər pandemiyaya qarşı mübarizə tədbirlərində fəallıq göstərirlər

27 noyabr 2020 | 16:00

Balakən rayonunun gəncləri koronavirus infeksiyasının yayılma sürətinin azaldılması və qarşısının alınması məqsədilə rayon sakinləri arasında maarifləndirmə tədbirlərini davam etdirirlər.
   Balakən Rayon Gənclər və İdman İdarəsinin və Gənclər evi sosial xidmət müəssisəsinin könüllülərinin birgə iştirakı ilə keçirilən növbəti aksiya zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə edilməsinin, gigiyena qaydalarına riayət olunmasının, sosial məsafənin saxlanılmasının vacibliyi bir daha ətraflı izah olunub, onlara maarifləndirici bukletlər paylanılıb.
   Sakinlərin diqqətinə çatdırılıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə düzgün riayət etmək hər kəsin vətəndaşlıq borcudur və bu qaydalara əməl etməyən şəxslər, qurumlar barəsində ciddi intizam tədbirləri həyata keçirilir.                                                                              

Keçidlər