Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə 786 ton quru tütün istehsal olunub

18 dekabr 2020 | 16:00

Bu il Balakən rayonunun təsərrüfatlarında 425 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 361,5 hektar sahədə “Virciniya botaniki”, 3 hektarda “Berley ətirli” və 60,5 hektarda yerli “İmmuniy” növlü tütün sortları yetişdiriblər. Sahələrdə yaş tütün yarpağının dərimi başa çatıb. İndiyədək rayonda 786 ton quru tütün istehsal olunub. Qurudulmuş tütünün 773 tonu artıq tədarük müəssisələri tərəfindən alınıb və proses davam edir.
   İstehsal olunan quru tütünün 715 tonunu “Virciniya botaniki”, 71 tonunu isə digər tütün növləri təşkil edir. Qurum rəsmisinin sözlərinə görə, tütün əkini sahələrinin ötən ilə nisbətən azalmasına baxmayaraq, münbit torpaqların tütün əkininə cəlb edilməsi, həmçinin aqrotexniki qulluq işlərinin vaxtında və düzgün yerinə yetirilməsi nəticəsində builki mövsümdə hər hektardan məhsuldarlıq və quru tütün istehsalı əvvəlki illə müqayisədə xeyli artıb.
  Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 450 hektar sahədə tütün əkib, 512,3 ton quru tütün istehsal ediblər.

Keçidlər