Şriftin ölçüsü :

Saytın rəngi :

“PAŞA Holding” MMC və Balakən Rayon İcra Hakimiyyəti birgə sosial aksiya həyata keçiriblər

23 dekabr 2020 | 16:00

Ölkəmizdə koronavirus pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi müddətində əhalinin həssas kateqoriyasının, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur.
   Pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər, dövlət başçısının əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır.
   Karantin rejimi müddətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə və qarşıdan gələn 31 dekabr -  Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə "PAŞA Holding" MMC Heydər Əliyev Fondunun #Biz Birlikdə Güclüyük! layihəsi çərçivəsində Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sosial aksiya həyata keçirilib.
   Aksiya çərçivəsində Vətən Müharibəsində şəhid olan və yaralanan hərbi qulluqçuların ailələri, sosial müdafiəyə ehtiyacı olan ailələr ziyarət edilərək, ümumilikdə 300 ailəyə gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları verilmişdir.
   Şəhid olan və yaralanan hərbi qulluqçuların ailə üzvləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və karantin rejimi müddətində onlara göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirərək  “PAŞA Holding” MMC-yə təşəkkürlərini çatdırıblar.

Keçidlər