Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə şəhid ailələrinə ərzaq yardımı edilib

30 dekabr 2020 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ölkənin hər yerində olduğu kimi, Balakən rayonunda da dərin hörmət və ehtiramla anılır. Şəhid ailələri rayon rəhbərliyi tərəfindən diqqət və qayğı ilə əhatə olunublar.
   Rayon icra hakimiyyətinin rəhbər şəxsləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə Vətən müharibəsində şəhid olanların ailə üzvlərinə baş çəkib, onlara mənəvi dəstək olub, ailələrə Yeni il sovqatı çatdırıblar.
   Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.                                                       

Keçidlər