Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Balakəndə meyvə istehsalı 163 tondan çox artıb

03 yanvar 2021 | 16:00

Ötən il Balakən rayonunda meyvə və giləmeyvə bağlarından 33 min 102,1 ton məhsul tədarük olunub. Yığılan məhsulun 15 min 220 tonu xurma, 6 min 231,4 tonu fındıq, 4 min 794 tonu alma, 3 min 622 tonu armud, qalanı isə digər meyvələr olub. Meyvə istehsalı əvvəlki illə müqayisədə 163,5 ton artıb.
   Balakən Rayon Statistika İdarəsindən məlumat verilib ki, 2020-ci ildə rayonda 120 hektarda yeni meyvə bağları salınıb. Yeni salınan bağların 75 hektarına fındıq, 18 hektarına xurma, 10,8 hektarına alma və armud, 9,4 hektarına şaftalı və ərik, 6,8 hektarına isə gilas, gavalı və badam ağacları əkilib.
   Hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 13 min 243,3 hektardır.                                                                                  

Keçidlər