Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə vaksinasiya tədbirlərinə həsr olunmuş müşavirə keçirilib

05 fevral 2021 | 16:00

Fevralın 5-də Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə koronavirus infeksiyasına qarşı vaksinasiya tədbirlərinə həsr olunmuş onlayn müşavirə keçirilib.
   Onlayn müşavirədə çıxış edən RİH-nin başçısı İslam Rzayev vaksinasiya prosesinin gedişi haqqında məlumat verib, fevralın 8-dən növbəti mərhələyə başlanılacağı, digər əhali qruplarının da peyvənd olunacağını bildirib. Qeyd olunub ki, müxtəlif yaş qruplarının növbəliyi nəzərə alınmaqla, peyvənd olunmaq istəyən şəxslər randevu.its.gov.az internet saytı vasitəsilə onlayn növbə götürməlidir. Bununla əlaqədar ərazilərdə əhali qrupları arasında geniş maarifləndirmə işi aparılmalı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “COVID peyvəndi üçün randevu götürülməsi təlimatı” bütün ərazi nümayəndələrinə çatdırılmalı, internetə çıxışı olmayan insanlara kömək göstərilməsi üçün zəruri tədbirlər görülməlidir.
   Müşavirədə COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə həyata keçirilən kütləvi vaksinasiya ilə bağlı yerlərdə əhali arasında düzgün izahat işlərinin aparılması, əhali kateqoriyalarının daha diqqətlə öyrənilməsi və rayon ərazisində yaşayan tənha şəxslərin müəyyənləşdirilərək bu kampaniyaya cəlb edilməsinə hərtərəfli köməklik göstərilməsi ilə bağlı tapşırıqlar verilib.
   Həmçinin onlayn müşavirədə cari təsərrüfat ilində qarşıda duran məsələlərlə bağlı müzakirələr aparılıb.

Keçidlər