Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il balakənli kümçülər barama istehsalından 264 min manatadək gəlir əldə ediblər

13 fevral 2021 | 16:00

Bu il Balakən rayonunda yaş barama istehsalının artırılaraq 44 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi ilə əlaqədar hazırda kəndlər üzrə kümçülərin siyahısı dəqiqləşdirilir.
   Ötənilki mövsümdə rayonda 31,2 ton yaş barama istehsal edilib. Rayon üzrə 301 istehsalçıya təhvil verdikləri yaş baramaya görə 263 min 966 manat vəsait ödənilib.
   Baramaçılığın inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunması xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər Balakən rayonunda da intensiv tipli tut bağlarının salınması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Belə ki, 2016-2020-ci illərdə rayon ərazisində 518 mindən çox tut tingi əkilib. Bunun 276 min ədədi Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş tinglər, 242,2 min ədədi isə yerli tut tingləridir.

Keçidlər