Balakəndə Vətən Müharibəsi Qəhrəmanı ilə gənclərin görüşü keçirilmişdir
24.02.2021-ci il tarixində Balakən rayon İcra Hakimiyyətinin təşəbbüsü, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin, Balakən rayon Gənclər və İdman İdarəsinin, Balakən Gənclər evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi İştirakçıları ilə gənclərin görüşü keçirilmişdir.
Öncə şəhidlərin ruhu bir dəqiqəlik anıldı.
Görüşdə Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulov və digər müharibə iştirakçıları döyüş iştirakçıları olan əsgər və zabitlərin qəhrəmanlığından geniş söhbət açdılar. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin bu Müharibədəki qələbəmizə böyük təkan verdiyini bildirdilər.
Eyni zamanda görüşdə Rayon İcra Hakimiyyəti aparatında müdir müavini Turan Dibirov, Gənclər İdman İdarəsinin rəisi Rasim Paçalov və Gənclər evinin direktoru Tale Şahverdiyev 44 günlük müharibə dövründə xalqımızın vətənpərvərliyindən, gənclərin istər ön, istərsə də arxa cəbhədəki birlik və əməyindən danışdılar. Cənab Prezidentin “Böyük Qayıdış” planına gənclərin hər cür dəstək vermələrinin vacibliyi vurğulandı.
Sonda isə xatirə şəkli çəkildi.