Balakəndə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib
23 fevral 2021 | 16:00
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə fevralın 23-də Balakən rayonunda ağacəkmə aksiyası təşkil olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən aksiyada soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib. Aksiyada rayonun ziyalıları ilə yanaşı, gənc idmançılar və könüllülər də iştirak ediblər. Ağacların əksəriyyəti Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Balakən rayonu ərazisindən keçən hissəsində əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.