Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Vətən Müharibəsi Qəhrəmanı ilə görüşüblər

11 mart 2021 | 16:00

Balakən rayonunda Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü olub.
   Balakən RİH, rayon Gənclər və İdman İdarəsi və “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 10 mart tarixində keçirilən görüşdə ərazi bütövlüyümüzün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən kapitan Əliyev Fərid Vaqif oğlu, fəal gənclər iştirak ediblər.
   Görüşün əvvəlində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
   Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açıb.
   Rayon icra hakimiyyəti aparatında müdir müavini Fariz Nəcəfov, rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, “Gənclər evi”nin direktoru Tale Şahverdiyev çıxış edərək, 44 günlük Vətən müharibəsi dövründə xalqımızın vətənpərvərliyindən, gənclərin ön və arxa cəbhədəki birlik və fədakarlığından ətraflı bəhs ediblər.
   Çıxışlarda Böyük Qayıdış planına gənclərin hər cür dəstək vermələrinin vacibliyi xüsusi vurğulanıb.                                                                                                     

Keçidlər