Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusu müzakirə olunub

12 mart 2021 | 16:00

Martın 11-də Balakən Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda videokonfrans keçirilib. Videokonfransda DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov, YAP Balakən rayon təşkilatı Gənclər birliyinin sədri, rayon Gənclər və İdman idarəsinin əməkdaşı Nurlan Şibliyev,  rayon Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Tale Şahverdiyev,  Mərkəzi Kitabxana Sisteminin müdiri Məryəm Tağıyeva, dini icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər.
   Çıxışlar zamanı ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətləri haqqında ətraflı məlumat verilib, bu günün gənclərinin gələcək nəslin davamçıları olaraq dini radikalizm və dini ekstremizm barəsində məlumatlı olmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar qardaşlıq, dostluq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.                              

Keçidlər