Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir

13 mart 2021 | 16:00

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Balakən rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi rayon mərkəzi xəstəxanasının infeksion xəstəliklər şöbəsinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Bu günədək Balakən rayonu üzrə vətəndaşlara 4923 doza vaksin vurulub.
   Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, əhalinin peyvəndlənməsi mərhələli şəkildə həyata keçirilir. İlkin mərhələdə rayonun səhiyyə müəssisələrində çalışan tibb işçiləri peyvənd olunublar. Ümumiyyətlə, yaş qrupları üzrə bu günədək 65 yaşdan yuxarı 1437 vətəndaş, 50-65 yaş arasında 2639 vətəndaş, 50 yaşadək isə 847 vətəndaş koronavirusa qarşı peyvənd olunub və proses davam edir. O cümlədən indiyədək 571 təhsil işçisi də peyvənd olunub. Peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVac” vaksinindən istifadə olunur.                                 

Keçidlər