Balakəndə bu günədək 4120 vətəndaş koronavirusa qarşı vaksinasiyadan keçib
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Balakən rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir. Prosesə başlandığı gündən indiyədək rayon üzrə 4120 vətəndaş koronavirusa qarşı peyvənd olunub. Onlardan 2961 nəfərinə peyvəndin hər iki dozası vurulub.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, əhalinin peyvəndlənməsi mərhələli şəkildə həyata keçirilir. İlkin mərhələdə rayonun səhiyyə müəssisələrində çalışan tibb işçiləri peyvənd olunublar. Tibb işçilərinə, ümumilikdə, 1364 doza vaksin vurulub. Eyni zamanda, indiyədək 852 təhsil işçisi də peyvənd olunub.
Ümumiyyətlə, yaş qrupları üzrə bu günədək 65 yaşdan yuxarı 1287 vətəndaş, 50-65 yaş arasında 2379 vətəndaş, 50 yaşadək isə 454 vətəndaş koronavirusa qarşı peyvənd olunub və proses davam edir.