Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə "Vətənpərvərlik nümunəsi: Qazilik və Şəhidlik” adlı onlayn seminar keçirilib

06 aprel 2021 | 16:00

Aprelin 6-da Balakən Rayon İcra Hkaimiyyəti və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Vətənpərvərlik nümunəsi: Qazilik və Şəhidlik” adlı onlayn seminar keçirilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və əməkdaşları, Balakən rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Şahin Qarakişiyev,  rayon Mərkəzi Kitabxana Sisteminin müdiri Məryəm Tağıyeva, şəhid ailələri, qazilər, dini icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər. Tədbir Vətənimizin suverenliyi, bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
   Çıxışlar zamanı keçirilən belə tədbirlərin gənclərimizə Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması baxımından əhəmiyyətli rola malik olduğu qeyd edilib. Bildirilib ki, dövlətimizin rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə qarşı xüsusi diqqət göstərilir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərmanın imzalanması bu qayğının bariz nümunəsidir. Daha sonra şəhid ailəsi üzvləri, qazilər vətən sevgisindən, döyüşlərdə göstərilən şücaətlərdən danışıb, Vətənimiz uğrunda vuruşmuş bütün qəhrəmanlarımızla qürur duyduqlarını bildiriblər.                                                                                                                                                    

Keçidlər