Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Balakəndə yaş barama istehsalının 46 tona çatdırılması proqnozlaşdırılır

04 may 2021 | 16:00

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Respublikamızın digər bölgələrində olduğu kimi, Balakən rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
   Builki mövsümdə Balakən rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 15 tona yaxın artırılaraq, 46 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi üçün kümçülərə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 1150 qutu ipəkqurdunun paylanılması nəzərdə tutulur. Artıq rayonun kümçülərinə ipəkqurdlarının paylanılması prosesi başa çatıb.
   Kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanıb.
   Xatırladaq ki, ötənilki mövsümdə rayonda 31,2 ton yaş barama istehsal edilib.                                                            

Keçidlər