Balakən rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib
Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndərin abidəsini ziyarət ediblər. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ucaldılan ulu öndərin abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Balakən rayonunda pandemiya şəraitinə uyğun olaraq silsilə təbdirlər keçirilir. Keçirilən tədbirlərdə dahi rəhbərin mənalı ömür yolundan, Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən geniş bəhs edilir.