Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı “Xarıbülbül” musiqi festivalında iştirak edən yerli incəsənət kollektivləri ilə görüşüb

17 may 2021 | 16:00

Mayın 12-13-də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən Qarabağın tarixi simasını, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirən möhtəşəm “Xarıbülbül” musiqi festivalı keçirilib. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra mayın 12-də yenə doğmalarını, qonaqlarını qarşılayıb. 
   Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırıb.
   Balakən rayonundan “Xarıbülbül” musiqi festivalında “Cahan” avar xalq kollektivi  və  “Nanaybi” ingiloy folklor qrupu iştirak edib. Bu münasibətlə yerli musiqi kollektivləri ilə görüşən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev onları təbrik edib, ən xoş arzularını çatdırıb. Rayon rəhbəri bildirib ki, Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, onun əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür. “Xarıbülbül” musiqi festivalı Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır.
   Vətən müharibəsindəki Qələbədə ölkəmizdə, o cümlədən rayonumuzda yaşayan bütün azsaylı xalqların payı, töhfəsi vardır. Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi əsasında həyata keçirilən builki “Xarıbülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin rəmzinə çevriləcəkdir.                                                                                                            

Keçidlər