Balakəndə əhalini içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
01 iyun 2021 | 16:00
Balakən şəhərinin bir hissəsini və Hənifə kəndini içməli su ilə təmin edən su anbarında təmizlik və bərpa işləri həyata keçirilir. Ötən əsrin 80-ci illərində inşa edilən hər biri 250 ton su tutumuna malik iki su anbarı əsaslı təmir edilir. Görülən işlər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına xidmət edir.