Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanı firəvan gələcəyə qovuşduran Qurtuluş

14 iyun 2021 | 16:00

14 iyun  2021-ci il tarixdə Balakən rayon Heydər Əliyev Mərkəzində    “Azərbaycanı firəvan gələcəyə qovuşduran Qurtuluş” adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin büstü önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.
   Tədbiri giriş sözüylə açan Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva iştirakçıları Milli Qurtuluş Günü münasibətilə təbrik edib, bu günün Azərbaycan xalqı üçün sadəcə bayram deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmizin inkişaf strategiyası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və ötən illər ərzində müstəqil Azərbaycan Respublikası bu strategiyaya əsaslanaraq böyük inkişaf yolu keçib. Qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanıb.
   Balakən Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda xaos, anarxiya baş alıb gedir, iqtisadi tənəzzül yaşanır, ölkə vətəndaş müharibəsi ilə üz-üzə idi. Belə bir dövrdə – 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Bununla da ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyuldu və 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Ümummilli Liderimizin işləyib hazırladığı inkişaf konsepsiyası bu gün uğurla həyata keçirilir, yeni-yeni nailiyyətlər qazanılır. Bu, bir daha göstərir ki, Ulu Öndərin inkişaf konsepsiyası müstəqil Azərbaycanın uğur modelidir .
   Digər çıxış edənlər Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan işıqlı gələcəyə doğru yol aldığını bildirərək müstəqil Azərbaycanın Heydər Əliyev siyasəti sayəsində bu gün dünyada söz və nüfuz sahibi olan ölkəyə çevrildiyini qeyd ediblər.
   Daha sonra rayon ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında  Ulu Öndər Heydər Əliyevə  həsr olunan  şeirlər dinlənilib, 15 İyun -Qurtuluş gününə həsr olunan film nümayiş olunub.
   Sonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev vətənin keşiyində”  adlı onlayn  şeir müsabiqəsinin qaliblərinə diplom və hədiyyələr verilib.

                          

Keçidlər