Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Silahlı Qüvvələr günü: qürur və şərəf tariximiz.

25 iyun 2021 | 16:00

    25 iyun 2021-ci il tarixdə Balakən Rayon İcra Hakmiyyəti və Balakən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Silahlı Qüvvələr günü: qürur və şərəf tariximiz” adlı tədbir keçirilib.
   Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva tədbirdə çıxış edərək müstəqil Azərbaycan Ordusunun yaradılmasını ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri bu gün ən müasir tələblərə cavab verən, Vətənin müdafiəsinə hər an hazır olan yüksək nizam-intizama malik peşəkar qüvvəyə çevrilib. Rəşadətli Ordumuz hərbi qüdrətini 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan silahlı qüvvələrini diz çökdürərək bütün dünyaya nümayiş etdirdi.
    Balakən Rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdür müavini Fariz Nəcəfov vurğulayıb ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Silahli Qüvvələrimiz bu gün Prezident, Ali Baş Komandan İlhan Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Silahlı Qüvvələrimizin modernləşdirilməsi, yüksək döyüş hazırlığı, hərbçilərin sosial problemlərinin həlli, kadr hazırlığı və sair istiqamətlərdə görülən işlər nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Ötən il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi qələbə ilə başa çatması Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu bütün dünyaya göstərdi.
    SHXÇDX-nin rayon şöbəsinin əməkdaşı Emin Quliyev, RİH-nin vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri  Ağa Ağayev və digər çıxış edənlər bildiriblər ki, bu gün Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü Vətən müharibəsində bir daha ortaya qoydu. Müzəffər Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusu tarixi qələbə ilə Azərbaycan tarixində yeni səhifə açdılar. Qalib ordumuzun Vətən müharibəsindəki taktikası dünya ölkələri tərəfindən öyrənilir.Torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusu ilə fəxr edir, qürur duyuruq. Şəhidləri yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur. Vətən üçün canını fəda edən Vətən oğulları hər zaman bizim qəlbimizdə yaşayacaq.
   Sonda  44 günlük Vətən müharibəsində yüksək qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Balakən rayon şəhidlərinin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Keçidlər