Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda 2 yeni məktəb binası istifadəyə verilmişdir

14 sentyabr 2013 | 15:00

Balakən rayonunun Şambul və Qullar kənd 2 saylı tam orta məktəblərinin şagirdləri yeni dərs ilindən təhsillərini müasir tələblərə cavab verən, hər cür şəraiti olan yeni binalarda davam etdirəcəklər.
Sentyabrın 14-də bu kəndlərdə dövlət vəsaiti hesabına inşa edilmiş 220 yerlik yeni məktəb binaları qapılarını müəllim və şagirdlərin üzünə açmışdır.
Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və kənd sakinlərinin iştirakı ilə keçirilən açılış mərasimlərində çıxış edənlər ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, məktəb kollektivlərinə yeni dərs ilində uğurlar arzulamışlar. Diqqətə çatdırılmışdır ki, son illər Balakən rayonunda müxtəlif maliyyə mənbələri hesabına bu gün açılan məktəblər də daxil olmaqla, 28 yeni məktəb binası istifadəyə verilmiş, 2 məktəb binası əsaslı təmir olunmuşdur. Qazma kəndində tikintisi davam etdirilən 360 yerlik yeni məktəb binasının isə bu ilin oktyabrında istifadəyə verilməsi nəzərdə tutulur.
Təbrik və çıxışlardan sonra yeni məktəb binalarına baxış olmuşdur.
Elə həmin gün bu il birinci sinfə qədəm qoyacaq imkansız ailələrdən olan uşaqlara rayon icra hakimiyyəti tərəfindən məktəbli forması və çantalar hədiyyə edilmişdir.

Keçidlər