Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan tarixində Heydər Əliyev imzası

14 iyul 2021 | 16:00

Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. Həmin dövrdə 1920-ci ildən dəfələrlə Azərbaycan MK-nın dəyişən rəhbərliyi 1969-cu il 14 iyul tarixinə  kimi keçirdiyi böhranlı illər bir-birini əvəz edirdi. Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunduğu il tarixində yeni dövrün, Azərbaycanın sosial - iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu. 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxış imperiya rəhbərliyini təşvişə salmışdı. Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumunda Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətləri müəyyənləşdirildi.
        Azərbaycanın o dövrdəki neqativ reallıqların təhlili, bütünlüklə sovet cəmiyyətini bürüyən rüşvətxorluq, korrupsiya hallarının etiraf olunması, ittifaq ölkəsində böyük hadisəyə çevrildi. Plenumda ulu öndər Heydər Əliyev o dövr üçün çox cəsarətli ideyalar irəli sürdü, dəqiq fəaliyyət proqramı müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə məşhur avqust plenumunun keçirilməsi ölkədəki iqtisadi vəziyyətin təhlili üçün yeni imkanlar açdı. Ölkədəki acınacaqlı vəziyyət, əhalinin məmurlar tərəfindən əsassız olaraq incidilmə hallarının, rüşvət və korrupsiyanın  qarşısının alınması üçün mühüm tədbirlər hazırlandı. Plenumda təxirəsalınmaz işlərin başlanması, sənayedə, tikintidə, kənd təsərrüfatını əhatə edən məqsədyönlü dəyişikliyin vacibliyi bütün səlahiyyətli şəxslərin qarşısında vacib məsələ kimi qətiləşdirdi.
      Həmin dövrdə statistik göstəricilərin ilbəil azalması, rəhbərlikdə təmsil olunan şəxslərin səriştəsizliyi ölkənin zəhmətkeş kütləsinin həyat tərzini pisləşdirmişdi. Azərbaycan ittifaq respublikaları arasındakı iqtisadi inkişaf tempinə görə geri qalırdı. Zəngin təbii sərvətlərə malik bir torpağın üzərində gəzən azərbaycanlının, sərvəti özünün yox, başqalarının mənafeyinə xidmət edirdi. Bu məsələlər kimi aktual hesab olunan iqtisadi tənəzzülün dayandırılması daha yeni formada ulu öndər Heydər Əliyev tərəfindən əhatəli quruculuq yoluna qədəm qoydu.
          Tezliklə ölkədə adambaşına düşən ümumdaxili məhsul istehsalı 2,5, sənaye istehsalı 3, kənd təsərrüfatı məhsullarının 2 dəfə artımına nail olundu. Bununla yanaşı, 1969-cu ildən 1982-ci ilə qədər ölkədə 250 zavod, fabrik və sex tikilərək, 2 milyondan artıq vətəndaşın mənzil təminatı həll olundu. Pambıq istehsalı 333,6 min tondan 831,2 min tona çatdırıldı, 1982-ci ildə ölkədə pambıq istehsalı 1 milyon tona qədər yüksəlmişdi. Üzüm istehsalında statistik vəziyyət göstəricisinə görə, 1980-ci ildə 1,5 milyon ton olduğu halda 1969-cu ildəki bu göstəricidən 5-6 dəfə yüksək idi. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi sayəsində Azərbaycan ittifaq ölkələrindən fərqli olaraq, SSRİ məkanında iki respublika - Rusiya Federasiyası və Azərbaycan dotasiya olmadan yaşayırdı.
         Bu dövrdə Azərbaycanın şəhər və kəndlərində 700-ə qədər məktəb binası istifadəyə verilmiş, ali məktəblərin sayı 12-dən 17-yə, təhsil alan tələbələrin sayı isə 70 mindən 100 min nəfərə çatdırılmışdır. Əsası qoyulan təhsil ənənələri sırasında respublikada zəruri ixtisaslara yiyələnmələri üçün azərbaycanlı gənclərin keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilməsi praktikası xüsusi yer tutub. Əgər 1969-cu il üçün Azərbaycandan kənarda təhsil almağa cəmi 47 nəfərin göndərilməsi planlaşdırılırdısa və bunların əksəriyyəti qeyri-azərbaycanlı olurdusa, artıq 80-ci illərin əvvəllərində 1000-1400 nəfər respublikadan kənarda təhsil almağa göndərilirdi və onların böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi.
       Ulu öndər Heydər Əliyev 70-ci illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələrinin ucaldılmasına nail olurdu. Böyük öndərin həmin siyasətinin nəticəsi idi ki, 70-ci illərdə Məşədi Əzizbəyovun, Nəriman Nərimanovun, Qəzənfər Musabəyovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar Bəhlulzadənin və başqa görkəmli soydaşlarımızın abidəsi qoyulmuşdu.
    1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul ediləndən sonra bu şəhərdə Xan qızı Natəvanın abidəsi ucaldıldı. Bu illərdə Bakıda və başqa şəhərlərdə çoxlu sayda tarix-diyarşünaslıq muzeyləri, Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyləri yaradıldı. Məxsusi bir qərarla repressiya qurbanlarının - əvvəl Mikayıl Müşfiq və Hüseyn Cavidin ev muzeyləri yaradıldı.
    Ölkədə çox yüksək bir mədəni ab-hava yaranmışdı. 1970-1982-ci illərdə Heydər Əliyev Azərbaycan mədəniyyət və elm xadimlərinin 10-dan çox nümayəndəsinə Sosialist Əməyi Qəhrəmanı adının, Mirzə İbrahimov, Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Rəşid Behbudov, Mustafa Topçubaşov, Mikayıl Hüseynov kimi görkəmli Azərbaycan övladları həmin böyük adlara məhz ulu öndər Heydər Əliyevin sayəsində layiq görüldü. Bütövlükdə mədəniyyət və incəsənətin - kinematoqrafiya, xalçaçılıq, rəngkarlıq, dekorativ-tətbiqi sənət, heykəltəraşlığa da ulu öndər Heydər Əliyev ciddi qayğı göstərirdi.
         Dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə, mədəniyyətə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya mədəniyyətinə böyük töhfə vermiş olur. Ulu öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərdiyi qayğı və diqqət Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan mərhələ bugünkü Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü kimi xarakterizə edilir. Ümummilli lider elmin, təhsilin inkişafını xalqın gələcəyini təyin edən əsas şərtlərdən biri hesab edirdi. Xalqın, millətin, dövlətin gələcəyi təhsilin inkişafı ilə bağlıdır və elmi tərəqqi etməyən ölkə qüdrətli bir ölkə olmaq imkanına malik deyil.
         Müstəqillik çağrışları hələ 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etməyə başlamışdır. İqtidarın və Xalq Cəbhəsi liderlərinin başı hakimiyyət, vəzifə uğrunda mübarizəyə qarışdığı bir vaxt ulu öndər Heydər Əliyev Naxçıvandan Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinə rəhbərlik edirdi. Ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından "sovet sosialist" sözləri çıxarılaraq, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağı dövlət bayrağı kimi qəbul edilmiş, və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırıldı. Ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasında çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi, böhranın, habelə, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi.
       18 oktyabr 1991-ci ildə bünövrəsi qoyulan, 15 iyun 1993-cü ildə real məhvolmadan xilas edilən müstəqil Azərbaycan milli qurtuluş tarixindən sonra real sabitlik yoluna qədəm qoydu. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı dağılmaq, parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi.                                                                                                              

Keçidlər