Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib

11 sentyabr 2023 | 17:56
  Sentyabrın 11-də  Balakən Rayon İcra Hakimiyyətində ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə görüş keçirilib.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxışında  Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Balakəndə elmə, təhsilə həmişə böyük maraq olduğunu vurğulayıb, tələbə adını qazanan məzunları təbrik edib, gənclərə dövlətini sevən əsl vətəndaş olmağı arzulayıb.
  Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə Təhsil sektorunun müdiri Elvin Mustafayev ali məktəblərə qəbul imtahanlarında məzunların qazandıqları uğurlardan danışıb. Diqqətə çatdırılıb ki, qəbul imtahanlarında məzunlardan 26 nəfəri 500-700 bal arasında, o cümlədən 3 nəfər 600 baldan yuxarı nəticə göstərib. Şəhid Amin Novruzov adına Humanitar və texniki təmayüllü liseyin məzunu Şamay Osmanova imtahanlarda rayon üzrə hamıdan çox – 643 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin informasiya təhlükəsizliyi ixtisasına qəbul olunub. Ümumiyyətlə, qəbul imtahanlarında Şəhid Amin Novruzov adına Humanitar və texniki təmayüllü liseyin, Nizami adına şəhər 1 saylı, Nəsimi adına şəhər 2 saylı, Qazma 1 və 2 saylı, Talalar 1 və 2 saylı, Şambul və Bedağar kənd tam orta məktəblərin məzunları daha yüksək nəticələr əldə ediblər.
Görüşdə çıxış  edən məzunlar təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
  Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlara mükafatlar təqdim olunub.
Keçidlər