Şriftin ölçüsü :

Saytın rəngi :

“Amerika ağ kəpənəyinin yayıldığı ərazilərdə qabaqlayıcı fitosanitar tədbirlərin görülməsi və zərərvericiyə qarşı effektiv mübarizə” mövzusunda tədbir keçirilib

28 avqust 2025 | 18:03
  Avqustun 28-də Balakən Rayon İcra Hakimiyyətində “Amerika ağ kəpənəyinin yayıldığı ərazilərdə qabaqlayıcı fitosanitar tədbirlərin görülməsi və zərərvericiyə qarşı effektiv mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
  Tədbirdə Balakən Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi, Balakən Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) və RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edib. Çıxış edən mütəxəssislər Amerika ağ kəpənəyinin kənd təsərrüfatına və yaşıllıqlara vurduğu zərərlər, onun sürətlə yayılma xüsusiyyətləri barədə məlumat veriblər. Bildirilib ki, vaxtında həyata keçirilən fitosanitar tədbirlər bu zərərvericinin qarşısının alınmasında əsas rol oynayır.
  Həmçinin vurğulanıb ki, ərazilərin mütəmadi monitorinqi aparılmalı,  zərərvericinin məhv edilməsinə yönəlmiş mexaniki və bioloji üsulların tətbiq edilməli, onun  çox  yayıldığı ərazilərdə kimyəvi mübarizə tədbirlərindən istifadə olunmalıdır.
  Qeyd olunub ki, hər bir vətəndaş Amerika ağ kəpənəyinə qarşı mübarizədə fəal iştirak etməli, belə hallarla üzləşdikdə müvafiq qurumlara məlumat verməlidir.
Keçidlər