Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 11-də Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.

11 aprel 2025 | 18:08

  Aprelin 11-də Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.
Balakən RİH-in başçısı İslam Rzayevin sədrliyi ilə keçirilən iclasda Şura üzvləri, aidiyyəti üzrə məsul şəxslər, bələdiyyə sədrləri və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
  Rayon rəhbəri Prezident İlham Əliyevin respublikamızın tərəqqisi və xalqımızın əminəmanlığı naminə yürütdüyü uğurlu daxili və xarici siyasətdən, ölkəmizin hərbi qüdrətindən, ictimai-siyasi sabitliyindən, dinamik sosial-iqtisadi inkişafından söz açıb. İcra başçısı qarşıda duran vəzifələrdən danışıb, iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb.
Şura iclasında RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin bələdiyyələrlə birgə fəaliyyəti, kənd təsərrüfatı, o cümlədən baramaçılığın inkişafı sahəsində qarşıda duran vəzifələr, rayonda təhsil və təlimin keyfiyyətinin yüksəldilməsi ilə bağlı görülmüş işlər müzakirə olunub.
  Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Məhəmməd Şərif rayonda kənd təsərrüfatı, o cümlədən baramaçılığın inkişafı sahəsində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, barama istehsalçıları, tədarükçüləri və emal müəssisələri arasında kooperasiyanın dəstəklənməsi, həmçinin barama istehsalı və emalına yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
  İcra başçısı İslam Rzayev Balakən rayonunda ilbəil təhsilin keyfiyyətinin yüksəldiyini, hər il yeni uğurlarlar və nailiyyətlərin əldə edildiyini bildirib. Qeyd olunub ki, rayon ümumtəhsil məktəblərinin şagirdləri respublika fənn olimpiadalarında, “Sabahın alimləri” respublika müsabiqəsində, buraxılış və qəbul imtahanlarında yüksək nəticələr qazanıblar. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki rayon təhsil sektorlarının buraxılış imtahanı nəticələrinə əsasən formalaşmış reytinq siyahısında Balakən rayonu IX və XI siniflər üzrə müvafiq olaraq üçüncü və ikinci yerdə qərarlaşıb. 2023/2024-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında 25 nəfər 500-dən, 12 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Tədris ilinin yekunlarına görə 1 nəfər məzun qızıl nişana layiq görülüb. Eyni zamanda tam orta təhsil səviyyəsi üzrə 36 nəfər, ümumi orta təhsil səviyyəsi üzrə 27 nəfər fərqlənmə attestatı alıb.
  Rayon rəhbəri vurğulayıb ki, bu uğurların əldə edilməsində rayonun təhsil sektoru tərəfindən həyata keçirilən tədbirlərin və məqsədyönlü fəaliyyətin mühüm əhəmiyyəti vardır.
Son bir ildə rayonda təhsil sahəsində uğurların əldə edildiyi, təlimin keyfiyyətinin yüksəldilməsi üçün əməli tədbirlərin görüldüyü, qanunvericiliyin tələbləri əsas tutularaq iş fəaliyyətinin həyata keçirildiyi nəzərə alınaraq rayon üzrə təhsil sektorunun müdiri Mirzəyeva Mehparə Ramazan qızı Balakən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.
  Həmçinin məsələlərə dair ətraflı müzakirələr aparılaraq Şuranın müvafiq qərarları qəbul olunub, aidiyyəti üzrə məsul şəxslərə tövsiyə və tapşırıqlar verilib.

Keçidlər