Şriftin ölçüsü :

Saytın rəngi :

Aqroturizmin inkişafı istiqamətində görülən işlər müzakirə olunub

06 oktyabr 2026 | 15:00
Balakən Rayon İcra Hakimiyyətinin başçısı aqroturizm sahəsinin inkişafı istiqamətində görülən işlərlə tanış olmaq məqsədilə rayonun Qullar kəndində yerləşən meyvə bağında olub.
Səfər zamanı meyvə bağında aqroturizmin inkişafı, mövcud imkanlardan səmərəli istifadə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə turizm fəaliyyətinin əlaqələndirilməsi və yerli turizm potensialının daha geniş şəkildə təbliği istiqamətində hazırlanmış təqdimatla tanışlıq keçirilib.
Təqdimat zamanı aqroturizm sahəsində mövcud potensial, bağçılığın inkişafı, yerli və xarici turistlərin kənd təsərrüfatı təsərrüfatlarına cəlb olunması, turistlərə müxtəlif xidmətlərin göstərilməsi, eləcə də istehsal olunan kənd təsərrüfatı məhsullarının turistlərə təqdim edilməsi imkanları barədə məlumat verilib.
Rayon İcra Hakimiyyətinin başçısı aqroturizmin Balakən rayonunun turizm potensialının artırılmasında mühüm əhəmiyyət daşıdığını qeyd edərək, bu istiqamətdə həyata keçiriləcək layihələrin müasir tələblərə uyğun qurulmasının, ərazinin təbii və kənd təsərrüfatı imkanlarından səmərəli istifadə edilməsinin və turistlər üçün əlverişli şərait yaradılmasının vacibliyini vurğulayıb.
Görüş zamanı təqdimatla bağlı müvafiq məsləhət və tövsiyələr verilib, aqroturizm obyektinin gələcək inkişafı, xidmət səviyyəsinin yüksəldilməsi və ərazinin turistlər üçün daha cəlbedici məkana çevrilməsi istiqamətində bir sıra təkliflər səsləndirilib.
Qeyd olunub ki, Balakənin zəngin təbiəti, əlverişli iqlimi, meyvəçilik ənənələri və kənd təsərrüfatı potensialı aqroturizmin inkişafı üçün geniş imkanlar yaradır. Bu imkanlardan məqsədyönlü istifadə rayonun turizm imkanlarının genişləndirilməsinə və yerli iqtisadi fəallığın artırılmasına mühüm töhfə verə bilər.
Keçidlər