Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Mədəniyyət Mərkəzi “Külə dönmüş arzular” tamaşasını təqdim edib

01 dekabr 2022 | 12:12

Balakən rayon Mədəniyyət Mərkəzində narkomaniyanın fəsadlarından bəhs edən “Külə dönmüş arzular” tamaşası nümayiş olunub. Pakizə Hüseynova və Mirzəağa Məmmədovun ssenarisi əsasında hazırlanan tamaşada rolları Mədəniyyət Mərkəzinin könüllüləri və Balakən rayon Humanitar və Texniki Təmayüllü Liseyin şagirdləri ifa ediblər. Mədəniyyət Mərkəzinin işçisi Zöhrə Bakeyevanın quruluş verdiyi tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

Keçidlər