Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən məktəblilərinin növbəti uğuru

18 noyabr 2023 | 12:27
  Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalı keçirilib. Noyabrın 13-də Heydər Əliyev Mərkəzində festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi baş tutub.
  Tədbirdə qeyd olunub ki, müstəqillik tariximizin iştirakçı sayına və əhatə dairəsinə görə ən böyük incəsənət layihəsi sayılan bu festivalın keçirilməsində başlıca məqsəd Ulu Öndərin mədəniyyətə, uşaqlara olan qayğısını rəhbər tutaraq uşaqlarımızda mədəniyyətin ayrı-ayrı sahələrinə maraq oyatmaq, yaradıcı fəaliyyətlərinə dəstək verməkdən ibarətdir. Festival uşaqlarla yanaşı, bölgələrdə çalışan mütəxəssislərin də fəallığının artırılmasına xidmət edib.
  Xatırladaq ki, 22 nominasiyada, 18 fərdi, 4 kollektiv olmaqla 6-9, 10-13 və 14-17 yaş qrupları üzrə keçirilən festivala respublikanın bütün rayon və şəhərlərindən 27 minədək iştirakçı müraciət edib. Peşəkar və həvəskar kateqoriyaları üzrə təşkil olunan festivalın birinci mərhələsi aprel-iyun, ikinci mərhələsi iyul-avqust aylarını əhatə edib. Festivalın final mərhələsi isə 1-9 sentyabr tarixlərində Bakı şəhərində altı mədəniyyət müəssisəsində gerçəkləşib.
  Uşaq İncəsənət Festivalında rayonumuzu təmsil edən 5 nəfər-Yağmur Omarova, Aqil Baradov, Fatimə Çiraqi, Davud Xəsmədov və Qurban Osmanov müxtəlif nominasiyalar üzrə qalib olub. Eyni zamanda Balakən rayonu rəqəmsal inkişaf və texnologiyalar nominasiyası üzrə kubok qazanıb.
Keçidlər