Balakən rayon bələdiyyələrinin üzvləri və mühasibləri üçün seminar-müşavirə keçirilib
02 dekabr 2022-ci il tarixdə Balakən şəhərində Şəki regional ədliyyə idarəsinin yurisdiksiyasına daxil olan Balakən rayon bələdiyyələrinin üzvləri və mühasibləri üçün seminar-müşavirə keçirilib. Müşavirədə Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov, regional ədliyyə idarəsinin rəis müavini Zaur Xəlilov, aparıcı məsləhətçi Marif Mahmudov, məsləhətçi Tərlan Qaffarov bir neçə mövzuda məruzələrlə çıxışlar ediblər. Çıxışlarda dövlətimizin başçısı İlham Əliyev tərəfindən ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələr və bələdiyyələrin bununla bağlı artan rolu iştirakçılarının diqqətinə çatdırılıb. Bələdiyyə xərclərində şəffaflığın və hesabatlılığın tam təmin olunmasının, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının və bələdiyyələrin fəallığının artırılmasının vacibliyi vurğulanıb, müvafiq tövsiyələr verilib.
Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.