Balakən Rayon Fövqəladə Hallar Komissiyasının tədbirlər planına uyğun olaraq 26 fevral 2023-cü il tarixindən tədbirlər həyata keçirilib
1 Mart-Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına humanitar və texniki təmayüllü liseydə təlim xarakterli tədbir baş tutmuşdur. Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Turan Dibirov, Balakən təhsil sektorun müdiri Elçin Musayev, “Balakən Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru Dilbər Quliyeva, “Aztelekom ŞQR filialı”nın Balakən şöbəsinin müdiri Əhmədiyə Nəbiyev, FHN-nin əməkdaşları, liseyin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbir zamanı əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi haqqında, Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri barədə, təbii və fövqəladə hallar zamanı şagirdlərin və müəllimlərin təxliyə edilməsi barədə şagirdlərə məlumatlar verildi.