Balakən Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib
24 noyabr 2023 | 16:48
Noyabrın 24-də Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında geniş tərkibdə Şura iclası keçirilib. İclasda rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, rayon prokuroru Qoşqar Əhmədov, rayon polis şöbəsinin rəisi Çingiz Aslanov, RİH-nin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Şura iclasında Balakən rayonu üzrə dövlət şəhərsalma nəzarəti çərçivəsində özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə rayon icra hakimiyyətinin müvafiq komissiyasının apardığı işlər, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş fərman və sərəncamların rayonda yerinə yetirilməsinin vəziyyəti və rayon icra hakimiyyətinin fəaliyyətinin qiymətləndirilməsi və şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə ev təsərrüfatlarının uçotu işlərinin təşkili barədə məsələlər müzakirə olunub.
İclasa sədrlik edən RİH-nin başçısı İslam Rzayev gündəlikdəki məsələlərdən bəhs edib, aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.