Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya növbəti seçki keçirilib

08 iyul 2025 | 16:43
08 iyul 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası(YAP) rayon təşkilatının inzibati binasında  Balakən  Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya növbəti seçki keçirilib.
Seçkidə namizəd kimi qeydə alınmış 14 nəfərin təmsil olunduğu Qeyri-Hökumət Təşkilatlarının və İctimai Birliklərin nümayəndələri iştirak ediblər.
Seçki yekunlaşdıqdan sonra Komissiya tərəfindən səsvermənin ümumi nəticələri açıqlanıb və seçki Protokolu tərtib olunub.
Seçkinin yekunlarına əsasən, seçkidə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış aşağıda adları qeyd edilən 7 nəfər İctimai Şuranın tərkibini formalaşdırıb:
1.Fəridə Balayeva-       Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı rayon   komitəsinin sədri   
2.Xəlifə Mirəliyev-        Rayon Ağsaqqallar şurasının sədri
3.Aydın Abdullayev-   Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi rayon şöbəsinin sədri
4.Rövşən Əliyev-Balakən bələdiyyəsinin sədri
5.Nəsibə Hudulova-      Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin sədri
6.Ramazan Molulov-    Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon Komitəsinin sədri
7.Osman Əliyev-         Rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı
 
Seçki komissiyası tərəfindən seçkilərin nəticələrinə dair protokol tərtib olunduğu gündən 20 (iyirmi) gün müddətində ilk iclasını keçirməklə ictimai şura fəaliyyətə başlayır. 
Keçidlər