Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətində vakant vəzifələrə təyinat olub

30 may 2024 | 17:13
  Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilmiş müsabiqənin müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş Kərimov Eltun Rəhim oğlu Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi vəzifəsinə, Əliyeva Şəbnəm Elçin qızı isə həmin şöbənin məsləhətçisi (kadrlar üzrə işin aparıcısı) vəzifəsinə təyin ediliblər.
  Eltun Kərimov 2000-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. 2022-ci ildə Bakı Mühəndislik Universitetini “İnformasiya texnologiyaları mühəndisliyi” ixtisası üzrə bitirib. Qeyd edək ki, Eltun Kərimov Vətən müharibəsi şəhidi Elmir Kərimovun qardaşıdır.
  Şəbnəm Əliyeva 1997-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olub. 2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini “Sosial iş” ixtisası üzrə bitirib.
  Balakən Rayon İcra Hakimiyyətinin kollektivi adından Eltun Kərimovu və Şəbnəm Əliyevanı yeni vəzifəyə təyin edilmələri münasibətilə təbrik edir, onlara möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Keçidlər