Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı bir qrup rayon gənci ilə görüş keçirib

12 noyabr 2026 | 17:00
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev rayonun bir qrup gənci ilə görüş keçirib. Görüşdə aidiyyəti dövlət qurumlarının rəhbərləri və gənclər iştirak ediblər.
Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətindən, Ümummilli Liderin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi hesab edərək onların hərtərəfli inkişafı, təhsili, sağlamlığı və cəmiyyət həyatında fəal iştirakı üçün mühüm zəmin yaradıb.
Rayon rəhbəri qeyd edib ki, bu siyasət bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclərin intellektual və fiziki inkişafı, müasir bilik və bacarıqlara yiyələnməsi, məşğulluğunun təmin olunması, dövlət idarəçiliyində və ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Vurğulanıb ki, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı onların üzərinə böyük məsuliyyət qoyur. Gənclər bu etimadı doğrultmalı, Vətənə, dövlətə və milli-mənəvi dəyərlərimizə sadiq qalaraq ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər. O, həmçinin gənclərin bilikli, savadlı, təşəbbüskar və vətənpərvər ruhda yetişməsinin dövlətimizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
İcra başçısı qeyd edib ki, gənclər öz bilik və bacarıqları, təşəbbüsləri və fəallıqları ilə rayonun sosial-iqtisadi və ictimai inkişafına mühüm töhfələr verə bilərlər. Bu baxımdan, onların irəli sürdüyü təkliflərin dinlənilməsi, təşəbbüslərinin dəstəklənməsi və potensiallarının üzə çıxarılması daim diqqət mərkəzində saxlanılmalıdır.
Görüş zamanı gənclərin fikir və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Rayonun ictimai-siyasi və sosial həyatında gənclərin rolunun artırılması, onların təşəbbüslərinin dəstəklənməsi və mövcud potensiallarının reallaşdırılması məsələləri müzakirə olunub.
Səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşün sonunda gənclərin irəli sürdüyü təkliflərin diqqətdə saxlanılacağı, onların təşəbbüslərinin dəstəklənməsi və rayonun ictimai həyatında fəallıqlarının artırılması istiqamətində müvafiq tədbirlərin davam etdiriləcəyi bildirilib.
Keçidlər