Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Gülüzanbinə yaşayış məntəqəsində səyyar qəbul keçirib

14 dekabr 2023 | 13:07
  Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev dekabrın 14-də Hənifə kənd Gülüzanbinə yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Nizami Əzizov Gülüzanbinə yaşayış məntəqəsində optik internet xəttinin çəkilişinin və elektrik dayaqlarının dəyişdirilməsi və kabelləşmənin sürətləndirilməsinə, Nadir Əliyev içməli su şəbəkəsinin qurulmasına,  Namiq Məmmədov Gülüzanbinə kənd ümumi orta məktəbinə Vətən müharibəsi şəhidi Hüseynov Orxan Ələkbər oğlunun adının verilməsinə, Şöhrət Hüseynov şəhid Orxan Hüseynov adına küçənin təmir edilməsinə köməklik edilməsini xahiş ediblər.
  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər