Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Hənifə kəndində səyyar qəbul keçirib

17 may 2024 | 12:08
  Mayın 16-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Hənifə kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda İlham Əliyevin Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılışındakı çıxışı haqqında məlumat verib. Bildirilib ki, şuşalıların doğma şəhərlərinə köçünün məhz 10 mayda -  Ulu Öndərin doğum günündə reallaşması təsadüf deyil. Ulu Öndər  Heydər Əliyevin də ən böyük arzusu məcburi köçkünlərin doğma yurdlarına qayıdışı idi. Dövlət başçısının 2020-ci il  noyabrın 8-də Şuşaya və bütöv Qarabağa həyatın qayıdacağı barədə xalqa verdiyi müjdə sözün bütün mənalarında reallaşıb. Əzəli sakinlərini qarşılayan Şuşa 32 ildən sonra yenə canlandı.
  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Qıztamam İbrahimova kəndin Məlikzadə yaşayış məntəqəsində elektrik transformatorunun və elektrik veriliş xətlərinin yenilənməsinə, Arif Tovatov kəndin Roçəhməd yaşayış məntəqəsində mövcud artezian quyusundan evlərə içməli su xəttinin çəkilməsinə, Soltanməcid Şabanov Balakənçayının hövzəsinə məişət tullantılarının atılmasının qarşısının alınmasına, Xəlilullah Mamedov isə şəhid Turqut Keçiliyevin adına bulaq tikilməsinə köməklik göstərilməsini xahiş ediblər.
  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər