Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Katex kəndində sakinlərlə görüşüb
23 oktyabr 2025 | 16:04
Oktyabr ayının 22-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Katex kəndində qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib.
Həmçinin qəhvəyi mərmər bağacığının rayon ərazisində yayılmasının qarşısının alınması, mövcud yayılma ocaqlarının ləğvi ilə bağlı iştirakçılara maarifləndici məlumatlar verilib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Nazlı Əbəçiyeva kəndin “Godobqara” adlanan ərazisində subartezian quyusunun qazılmasına, Ramazan Babayev Katex kənd “Mərkəzi” məscidinin qazlaşdırılmasına, İbrahim Məmmədov kəndin “Qobuşəhrə” adlanan ərazisinə içməli su xəttinin çəkilməsinə, Saadu Hacıyev Beretbinə M-5 avtomobil yolunun asfaltlaşdırılmasına, Əhmədi Qazıyev isə Beretbinə yaşayış mətəqəsində su ötürücü arxın üzərində yerləşən borunun körpü ilə əvəz olunmasına köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.






