Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev mayın 23-də Şambul kəndində səyyar qəbul keçirib
24 may 2024 | 11:34
Mayın 23-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Şambul kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfərləri, Qarabağ və Şərqi Zəngəzurda aparılan möhtəşəm quruculuq işləri haqqında məlumat verib. Bildirib ki, bu gün müasir infrastruktur layihələri həyata keçirilən, avtomobil və dəmir yolları çəkilən, nəhəng tunellər salınan, elektrik enerjisi, su təchizatı və digər mühüm işlər görülən, "ağıllı kənd və şəhərlər" yaradılan Qarabağ və Şərqi Zəngəzur, sözün əsl mənasında, dünyanın möcüzəsinə çevrilib.
Heydər Əliyev Fondu tərəfindən tarixi, dini, mədəni irsi, ənənələri uğurla bərpa olunan Qarabağ və Şərqi Zəngəzurun ruhu özünə, əvvəlki şöhrətinə qaytarılır.
Heydər Əliyev Fondu tərəfindən tarixi, dini, mədəni irsi, ənənələri uğurla bərpa olunan Qarabağ və Şərqi Zəngəzurun ruhu özünə, əvvəlki şöhrətinə qaytarılır.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.