Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev növbəti səyyar qəbulu Hənifə kəndində keçirib

26 sentyabr 2025 | 16:01
  Sentyabrın 25-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Hənifə kəndində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı və keçirdiyi görüşlərə barədə məlumat verib.
  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Nizami Əzizov kəndin Gülüzanbinə yaşayış məntəqəsində  içməli su xəttinin çəkilməsinə, Sabir Məmmədov kəndin “Hasanlar“ oba adlanan ərazisində elektrik təsərrüfatının yenidənqurulması işlərinin sürətlənməsinə, eyni zamanda sözügedən əraziyə yol tənzimləyici nişanların quraşdırılmasına, Soltanməcid Şabanov isə Balakən çayın kəndin ərazisindən keçən hissəsinin sel sularından mühafizəsi üçün beton-bəndin qurulmasına köməklik göstərilməsini xahiş ediblər.
  Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
  Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.
Keçidlər