Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev növbəti səyyar qəbulu İtitala kəndində keçirib

01 avqust 2025 | 16:18

  Avqustun 1-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev İtitala kəndində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə  orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib. 19 iyul tarixində Xankəndidə keçirilən  III Şuşa Qlobal Media Forumu barədə danışaraq Azərbaycanın dünya mediası ilə əlaqələrinin genişlənməsində və informasiya təhlükəsizliyinin təminində mühüm əhəmiyyət daşımasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

  Sonra kənd sakinlərinin müraciətləri dinlənilib.

  Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.

  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

  Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.

Keçidlər