Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev növbəti səyyar qəbulu Mazımçay yaşayış məntəqəsində keçirib
24 iyul 2025 | 09:55
İyulun 23-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Gərəkli kəndinin Mazımçay yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib. Bu il Milli Mətbuatımızın 150 yaşının tamam olması, Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri barədə, 19 iyul tarixində Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu barədə danışaraq Azərbaycanın dünya mediası ilə əlaqələrinin genişlənməsində və informasiya təhlükəsizliyinin təminində mühüm əhəmiyyət daşımasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb.
Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.






