Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Qazma kəndində sakinlərlə görüşüb

04 sentyabr 2025 | 17:42
  Sentyabrın 4-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Qazma kəndinin Şambulbinə yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri, o cümlədən Şanxay      Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirakı, keçirdiyi görüşlər barədə məlumat verib.
  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Mollaməhəmməd Şakirov Şambulbinə yaşayış məntəqəsindəki tibb məntəqəsinin təmir olunmasına, Eyvaz İbrahimov kəndin “Qızlar tala” adlanan ərazisində artezian quyusunun qazılmasına, Yaşar Bayramov Şambulbinə kənd tam orta məktəbi üçün yeni binanın tikilməsinə, Ramazan Səfərov su kanalının təmizlənməsinə, Mənzurə Bayramova isə fındıq bağlarının zərərverici həşəratlardan qorunması üçün tədbirlərin həyata keçirilməsinə  köməklik göstərilməsini xahiş ediblər.
  Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
  Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.
Keçidlər